Geri

FHN-nin Şimal-qərb Regional Mərkəzində təlim keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) birgə həyata keçirdiyi "Riskə məruz qalma ehtimalı olan ərazilərdə fəlakət riskinin azaldılmasına yönəlmiş tədbirlərin dəstəklənməsi" layihəsi çərçivəsində 27 fevral 2011-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində təlim keçirilmişdir.

Qeyd edilən layihəyə əsasən, Şəki və Zaqatala rayonlarının seçilmiş məktəblərinin müəllimləri üçün nəzərdə tutulmuş təlimdə Nazirliyin Aparatının, Bakı Regional Mərkəzinin, o cümlədən Təhsil Nazirliyi və UNICEF-in nümayəndələri iştirak etmişdir.

Tədbirdə təbii və texnogen xarakterli fövqəladə halları əks etdirən təqdimatlar və müxtəlif xilasetmə avadanlıqları nümayiş etdirilmişdir. Sonda iştirakçılara fövqəladə hallar sahəsinə aid müxtəlif əyani-metodiki vəsaitlər təqdim edilmişdir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının plenium iclası keçirilib

3 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat-pleniumu keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu