Geri

Nazirliyin nümayəndə heyəti Yunanıstanda səfərdə olmuşdur

Yunanıstan Respublikasının vətəndaşların mühafizəsi naziri Mihalis Krisohoidisin dəvəti ilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nazirliyin nümayəndə heyəti 22-23 fevral 2010-cu il tarixlərində Yunanıstan Respublikasında rəsmi səfərdə olmuşdur.

Səfər zamanı Azərbaycan Respublikasının FHN və Yunanıstan Respublikasının Vətəndaşların Mühafizəsi Nazirliyinin nümayəndə heyətləri arasında görüş keçirilmişdir. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanmış və hər iki nazirlik arasında mövcud əlaqələrin möhkəmləndirilməsi, daha da inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər barəsində müzakirələr aparılmışdır.

Görüşdən sonra "Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş" imzalanmışdır.

Həmçinin, səfər zamanı nazirliyin nümayəndə heyəti Afinada yerləşən "Syntagma" metro stansiyasında olmuşdur. Nümayəndə heyətinə metronun təhlükəsizlik sistemi haqqında ətraflı məlumat verilmişdir.

Bundan başqa, Elefisina Hava Qüvvələri Bazasında, Yunanıstan Polis Əməliyyat və Yanğın Xidməti Əməliyyat mərkəzlərində görüşlər keçirilmişdir. Görüşlərdə qeyd olunan qurumların iş fəaliyyəti haqqında Nazirliyin nümayəndə heyətinə ətraflı məlumat verilmiş, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmişdir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının plenium iclası keçirilib

3 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat-pleniumu keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu