Geri

FHN-də kollegiya iclası keçirilib

Fevralın 18-də Fövqəladə Hallar Nazirliyində 2010-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov kollegiya iclasında çıxış edərək Nazirliyin fəaliyyətinin ayrı-ayrı sahələrində 2010-ci il ərzində görülmüş işlər barədə məlumat verib, həlli vacib məsələlər, qarşıda duran vəzifələrdən danışıb.

Kəmaləddin Heydərov bildirib ki, dünyanı bürümüş böhran proseslərinə baxmayaraq, Azərbaycanın bugünkü durumu, dayanıqlı inkişaf templəri ulu öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu islahatlar və düzgün iqtisadi siyasətin nəticələridir.

Nazirin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi 2010-cu ildə qarşısında duran vəzifələrin öhdəsindən, əsas etibarilə, gəlmiş, Nazirliyin Aparatı, qurumları normal ştat rejimində işləmiş, infrastrukturun inkişafı prosesləri uğurla davam etdirilmişdir.

Ölkənin taxıla olan tələbatının ödənilməsi istiqamətində görülən işlər barədə məlumat verən nazir,  eyni zamanda,  2010-cu ilin yaz aylarında Kür və Araz çaylarının daşması nəticəsində yaranmış təhlükəli vəziyyətlə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev cənablarının xüsusi tapşırığı ilə fövqəladə hadisə rayonuna cəlb olunmuş Nazirliyin qüvvələrinin  xilasetmə və  fəlakətin nəticələrinin aradan qaldırılması sahəsində  gördüyü işlərə toxunub, həmçinin, Nazirliyin qüvvələrinin beynəlxalq xilasetmə əməliyyatlarında yaxından iştirak etdiyini vurğulayıb.

Nazir öz çıxışında Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər barəsində də danışıb. Qeyd edib ki, 2010-cu ildə Nazirliyə daxil olmuş 58 müraciət Nazirliyin əməkdaşlarının qanunsuz hərəkətləri barədə olmuş, bu müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmışdır.

Həmin müraciətlər, eləcə də daxil olmuş əməliyyat məlumatları əsasında aparılmış araşdırmalar zamanı cinayət xarakterli hallar aşkar edilmiş 15 material hüquq-mühafizə orqanlarına, əsasən, Respublika Baş Prokurorluğuna göndərilmiş, həmin materiallar əsasında 12 cinayət işi başlanmışdır. Həmin cinayət işlərindən 4-ü Nazirliyin vəzifəli şəxslərinin korrupsiya əməlləri ilə bağlı olmuş, 2 cinayət işi üzrə istintaq başa çatmış və Nazirliyin 4 əməkdaşı məhkum olunmuşdur. Bundan başqa, 2010-cu ildə aparılmış araşdırmaların nəticəsi olaraq Nazirliyin 48 əməkdaşı barədə intizam tənbehləri görülmüş, onlardan 18 əməkdaş xidmətdən (işdən) xaric edilmiş, 2 əməkdaş aşağı vəzifəyə keçirilmiş, 4 əməkdaş vəzifəsindən azad edilmiş, 24 əməkdaş barəsində isə digər intizam tənbehləri tətbiq edilmişdir.

Nazir onu da bildirib ki, digər cinayət işləri isə özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı və ya Nazirliyin vəzifəli şəxslərinin yaxın adamları kimi təqdim edərək Nazirliyə işə düzəltmək adı ilə vətəndaşları aldadaraq onlardan pul almış şəxslər barəsində olmuşdur.

Kəmaləddin Heydərov bildirib ki, korrupsiya hüquqpozmalarının aşkar edilməsi və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması işi Fövqəladə Hallar Nazirliyi sistemində daim diqqət mərkəzindədir və bundan sonra da davam etdiriləcəkdir.

Digər məlumatlar

Hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda güclü küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti dekabrın 2-si gündüzədək davam edəcək....

Ardını oxu

Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamentinin (AFAD) nümayəndə heyəti ölkəmizdə səfərdədir

1 dekabr 2021-ci il tarixində Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) rəhbərinin müavini İsmayıl Palakoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Məlumat verildiyi kimi, bu gün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. ...

Ardını oxu