Geri

Fövqəladə Hallar Nazirliyində Kollegiya iclası keçirilmişdir

Fevralın 17-də Fövqəladə Hallar Nazirliyində 2009-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir. İclasda məruzə ilə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov nazirliyin strukturunun təkmilləşdirilməsi, maddi-texniki və normativ hüquqi bazasının möhkəmləndirilməsi, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində görülən işlər barəsində ətraflı danışmışdır.

Kollegiya iclasında, həmçinin, Fövqəladə Hallar Nazirliyinin 2010-cu il üçün iş planı təsdiq olunmuşdur.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş nazirliyin bir qrup əməkdaşına mükafatlar təqdim edilmişdir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində, xüsusilə də Abşeron yarımadasında güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

7 mart 2021-ci il tarixində gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonunun Qızılqazma kəndində 2 nəfərin "ВАЗ" markalı minik avtomobilində qarlı-şaxtalı hava şəraitində yolda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu