Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin yaradılmasının 20 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə Rusiya fövqəladə hallar naziri Serqey Kujuqetoviç Şoyqunun dəvəti ilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi altında Nazirliyin nümayəndə heyəti 27 dekabr 2010-cu il tarixində həmin ölkədə səfərdə olmuşdur.
Təntənəli tədbirdə Rusiya Federasiyasının Prezidenti cənab Dmitri Medvedev, Rusiyanın bir sıra hökumət və dövlət nümayəndələri, habelə bəzi xarici ölkələrin müvafiq dövlət qurumlarının rəhbərləri iştirak etmişdir.
Tədbir çərçivəsində keçirilən ikitərəfli görüşlər zamanı müvafiq dövlət qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxuDünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür. ...
Ardını oxu