Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin iş planına müvafiq olaraq 19 dekabr 2010-cu il tarixində respublikanın şimal regionunda təhlükə potensiallı sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinə həsr edilmiş seminar-müşavirə keçirilmişdir.
Xaçmaz şəhərində yerləşən FHN-nin Regional Mərkəzinin inzibati binasında keçirilən seminar-müşavirənin əsas məqsədi regionda fəaliyyət göstərən təhlükə potensiallı sənaye müəssisələrinin rəhbərlərinə, sahibkarlara, iş adamlarına rəhbərlik etdikləri müəssisələrdə baş verə biləcək qəza və bədbəxt hadisələrin vaxtında qarşısının alınması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi, qəza və bədbəxt hadisələrin xəbərdar edilməsi məqsədi ilə qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi istiqamətində maarifləndirmə işlərinin aparılması olmuşdur.
Tədbirdə iş adamlarından başqa, FHN-nin müxtəlif qurumlarının, şimal regionu rayonlarının İcra Hakimiyyəti və digər dövlət təşkilatlarının nümayəndələri iştirak etmişdir.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxuDünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür. ...
Ardını oxu