Geri

FHN-də Litva Daxili İşlər Nazirliyinin Dövlət Yanğın və Xilasetmə Xidmətinin rəisi ilə görüş keçirilmişdir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 2 dekabr 2010-cu il tarixində ölkəmizdə səfərdə olan Litva Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yanğın və Xilasetmə Xidmətinin rəisi general Remigiyus Baniulis ilə görüşmüşdür.

Görüş zamanı nazir Kəmaləddin Heydərov Nazirlik və onun strukturuna daxil olan qurumların fəaliyyəti haqqında qonağa ətraflı məlumat vermiş, həmçinin, Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən layihələrdən söhbət açmışdır.

Qonaq Remigiyus Baniulis, öz növbəsində, səfərin tanışlıq məqsədi daşıdığını bildirmiş, eyni zamanda, rəhbərlik etdiyi Dövlət Yanğın və Xilasetmə Xidmətinin fəaliyyəti haqqında ətraflı məlumat verərək, bu qurumun Litvada fövqəladə hallarda əhali və ətraf mühitin qorunmasına cavabdeh olduğunu qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmış və hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan səmərəli istifadə edilməsinin vacibliyi bildirilmişdir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

Kiçikhəcmli gəmilərin istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin birgə müraciəti

Dünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür. ...

Ardını oxu