Azərbaycanda fövqəladə hallara hazırlıq və fəlakət riskinin azaldılması istiqamətində xüsusilə uşaqların maarifləndirilməsi məqsədilə 29 oktyabr 2010-cu il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar və Təhsil nazirliklərinin və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən imzalanmış 2010-2011-ci illərə dair fəaliyyət planının həyata keçirilməsi üçün cari ilin 8-12 noyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində təşkil olunmuş təlimdə Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı iştirak etmişdir.
İştirakçılar fövqəladə hallara hazırlıq və fəlakət riskinin azaldılması işinin təşkili istiqamətində bilik və bacarıqların möhkəmləndirilməsi üzrə təlim keçmişdir. Tədbirdə baş verə biləcək fövqəladə halların uşaqlar və müəllimlər üzərindəki sosio-psixoloji təsirləri, fəlakət nəticələrinin azaldılması siyasətinin təhsil proqramına daxil edilməsinin metodları və əhəmiyyəti mövzularında mühazirələr dinlənilmişdir.
Tədbir iştirakçı ölkə komandalarının müvafiq mövzular üzrə təqdimatları və geniş müzakirələrlə davam etdirilmişdir.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxuDünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür. ...
Ardını oxu