Geri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdə olmuşdur

5-6 oktyabr 2010-cu il tarixlərində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında səfərdə olmuşdur.

Səfər çərçivəsində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qazaxıstan Respublikasının Baş naziri Kərim Məsimovla görüşmüşdür. Görüş zamanı iki ölkə arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan K.Heydərov, Xəzər dənizi hövzəsi və sahilyanı ərazilərdə neft çirklənmələri və digər qəzalarla əlaqədar əməkdaşlığın gücləndirilməsi barədə danışmışdır.

Daha sonra Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyində geniş tərkibdə görüş olmuşdur. Görüşdən sonra iki ölkənin fövqəladə hallar nazirləri Vladimir Bojko və Kəmaləddin Heydərov "Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş" imzalamışlar.

Səfər müddətində nümayəndə heyəti, həmçinin, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin bəzi qurumlarının fəaliyyəti ilə də yaxından tanış olmuşlar.

Səfər çərçivəsində Azərbaycan Respublikasının nümayəndə heyəti, həmçinin, Avroasiya Kazenerji "Avroasiya enerji xəritəsi: risklərin və yeni imkanların balansı" forumunun işində də iştirak etmişdir. Forum çərçivəsində  Kazenerji Assosiasiyasının sədri Timur Kulibayevlə, habelə Astana şəhərinin meri İmanğəli Tasmağanbetovla da görüşmüşdür.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

Kiçikhəcmli gəmilərin istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin birgə müraciəti

Dünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür. ...

Ardını oxu