Cari ilin 17-22 oktyabr tarixlərində İsveç Yanğınsöndürmə Briqadasının nümayəndə heyəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının iş fəaliyyəti ilə tanış olmaq və qurumlararası səviyyədə təbii fəlakətlərə və texnogen qəzalara hazırlıq üzrə qarşılıqlı təcrübənin öyrənilməsi məqsədi ilə Bakı şəhərində səfərdə olmuşdur.
Səfər zamanı nümayəndə heyəti FHN-nin strukturuna daxil olan Dövlət Yanğından Mühafizə Xidməti, Mülkü müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Xəzər Hövzə Qəza-xilasetmə Xidməti və Nazirliyin Akademiyasının fəaliyyəti ilə tanış olmuşdur.
Eyni zamanda, səfər çərçivəsində isveçli nümayəndələrlə fövqəladə hallar nazirinin müavini general-mayor Etibar Mirzəyev arasında görüş keçirilmişdir. Görüş zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək prespektivləri barədə müzakirələr aparılmışdır.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxuDünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür. ...
Ardını oxu