Geri

Fəlakət Riskinin Azaldılması üzrə Milli Platforma ilə bağlı seminar keçirilmişdir

Carı ilin oktyabr ayının 20-də Bakı şəhərində "BMT-nin Fəlakətlərin Azaldılması üzrə Beynəlxalq Strategiyası (UNISDR) Katibliyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə birgə Fəlakət Riskinin Azaldılması üzrə Milli Platforma ilə bağlı seminar keçirmişdir.

Seminar iştirakçılarını salamlayan fövqəladə hallar nazirinin müavini general-mayor Etibar Mirzəyev fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində nazirliyin gördüyü işlər, qazandığı uğurlar haqqında danışmış, seminarın əhəmiyyətini xüsusi qeyd etmişdir.

UNISDR Cənubi Asiya və Qafqaz regionu üzrə regional əlaqələndiricisi Gülsarə Pulatova Fəlakətlərin Azaldılması üzrə Beynəlxalq Strategiya haqqında ətraflı məlumat vermiş, həmin strategiya çərçivəsində artıq Qazaxıstanda reallaşdırılan və digər dövlətlərdə də tətbiqi tövsiyə olunan milli platformadan bəhs etmişdir.

Daha sonra Mərkəzi Asiya və Qafqaz regionu üzrə Hioqo Fəaliyyət Proqramının əlaqələndiricisi Əbdürəhim Mühidov 2005-ci ilin yanvarında Yaponiyanın Kobe şəhərində keçirilmiş Fəlakətlərin Azaldılması üzrə İkinci Ümumdünya konfransında 168 hökumət tərəfindən qəbul edilmiş Hioqo Fəaliyyət Proqramı haqda seminar iştirakçılarını məlumatlandırmışdır.

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

Kiçikhəcmli gəmilərin istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin birgə müraciəti

Dünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür. ...

Ardını oxu