Geri

Küləyin vurduğu ziyan aradan qaldırılır

Cari ilin 3-4 yanvar tarixində respublikanın bir sıra bölgələrində, xüsusilə cənub bölgəsində əsən güclü külək nəticəsində sosial obyektlərə - məktəb, səhiyyə, uşaq bağçalarına, eləcə də fərdi yaşayış evlərinə ciddi ziyan dəymişdir. Bununla əlaqədar olaraq, hazırda aidiyyəti qurumların nümayəndələri ilə birlikdə həmin bölgələrdə dəymiş ziyanın həcmi müəyyənləşdirilir.

Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi ilə nazirlik tərəfindən Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Daşkəsən rayonlarına ilkin olaraq 10000 ədəd şifer, 1000m² şüşə və 100m³ taxta göndərilmişdir.

Digər məlumatlar

FHN Mülki müdafiə qoşunlarının gənc əsgərlərinin psixoloji müayinəsi aparılıb

Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Nazirliyin psixoloqları tərəfindən Mülki müdafiə qoşunlarına müddətli həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin psixoloji müayinəsi aparılıb ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda növbəti təlim keçirib....

Ardını oxu