Yanvarın 25-də Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin (Xidmət) Mərkəzi Diaqnostik Poliklinikasının açılışı olmuşdur. Mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov iştirak etmişdir.
Almaniya, Belçika, Fransa, Yaponiya, İsveçrə və digər ölkələrin istehsalı olan, ən müasir standartlara cavab verən tibbi ləvazimat və avadanlıqlarla təchiz olunmuş poliklinikada Avtomatlaşdırılmış Tibbi İnformasiya Sistemi quraşdırılmışdır. Bu sistem vasitəsilə poliklinikaya daxil olanların şəxsiyyət vəsiqələri, eləcə də biometrik parametrləri (barmaq izləri və s.), ikiölçülü və üçölçülü fototəsvirləri kompüter yaddaşına salınır. Bundan başqa, kompüter bazasında Xidmətin Vahid Tibbi Registri yaradılmışdır ki, bu da müayinə keçən şəxslərin xəstəlik tarixçəsinə aid tibbi kartların açılmasına, səhhətlərindəki problemlərin vaxt itirmədən müəyyən edilərək müalicənin təyin olunmasına imkan verəcəkdir. Burada fəaliyyət göstərən təcili tibbi yardım briqadası isə sutkanın 24 saatı ərzində yardıma ehtiyacı olan insanların köməyinə çatacaqdır. Həmçinin, fövqəladə hal zonasında axtarış-xilasetmə əməliyyatı aparan xilasedici xüsusi proqram vasitəsilə "on line" rejimində peşəkar həkim məsləhəti alaraq, zərərçəkmişə müvafiq tibbi yardım göstərə biləcək.
Martın 1-də Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda videokonfrans formatında tədbir keçirilib. ...
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxuAzərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2021/2022-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...
Ardını oxu