Yanvarın 21-də FHN Akademiyasında Ukrayna FHN Mülki Müdafiə Universiteti və Belarus Respublikası FHN Mühəndis-Komanda İnstitutunda təhsilə başlayan 59 nəfər azərbaycanlı müdavimin andiçmə mərasimi keçirilmişdir.
Andiçmə mərasimi açıq elan edildikdən sonra Azərbaycanın dövlət himni səslənmiş, dövlət bayrağımız təntənəli surətdə sıraya gətirilmişdir. Sonra andiçmə mərasiminə başlanılmışdır. Tribunanın önündə düzülən müdavimlər Azərbaycan Respublikasının bayrağı önündə respublikamıza, xalqımıza sədaqətlə xidmət edəcəklərinə, Vətəni layiqincə qoruyacaqlarına and içmişlər.
Akademiyanın rəisi general-mayor Pənah Süleymanov andiçmə mərasiminə yekun vuraraq, gənclərə təhsillərində uğurlar arzulamış və onların qarşısında duran vəzifələrdən danışmışdır.
Martın 1-də Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda videokonfrans formatında tədbir keçirilib. ...
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxuAzərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2021/2022-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...
Ardını oxu