Geri

Məktəblərdə maarifləndirmə tədbirləri davam edir

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin təşəbbüsü ilə 14 yanvar 2010-cu il tarixində Bakı şəhəri, Yasamal rayonunda yerləşən 158 saylı orta məktəbdə fövqəladə hallar zamanı və partlayıcı maddələr aşkar olunduqda insanların davranış qaydaları, xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatları zamanı zərərçəkmişlərə ilk yardımın göstərilməsi mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (Xidmət), Təhsil Nazirliyinin Bakı şəhər Baş Təhsil İdarəsinin əməkdaşları, orta məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak etmişlər.

Tədbirdə fövqəladə hallar zamanı Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin "112" xidməti ilə əlaqə, həmçinin, partlayıcı maddələr aşkar olunduqda insanların davranış qaydaları, fəlakətlər zamanı ilk və təxirəsalınmaz tibbi yardımın göstərilməsi, eləcə də təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji obyektlərin mühafizəsi haqqında məlumat verilmişdir.

Tədbirin sonunda iştirakçılara Xidmətin fəaliyyətini əks etdirən fotoslaydlar və xüsusi təyinatlı nəqliyyat vasitələrində komplektləşdirilmiş müasir xilasetmə

alət və avadanlıqları nümayiş etdirilmişdir. İctimaiyyətin maarifləndirilməsi məqsədilə keçirilən tədbirdə Xidmətin fəaliyyəti ilə bağlı nümayiş etdirilən materiallar iştirakçıların böyük marağına səbəb olmuşdur.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2021/2022-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN-in Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib

Fevralın 26-da FHN-in Akademiyasında Xocalı soyqrımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib... ...

Ardını oxu