Geri

Nazirliyin nümayəndə heyəti Almaniya Federativ Respublikasında rəsmi səfərdə olmuşdur

8 iyun 2009-cu il tarixində Almaniya Federativ Respublikasının Federal Daxili İşlər Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərliyi altında Nazirliyin nümayəndə heyəti həmin ölkədə rəsmi səfərdə olmuşdur.

Səfər zamanı Nazirliyin nümayəndə heyəti və Almaniya Federativ Respublikasının federal daxili işlər nazirinin müavini Auqust Hanninqin rəhbərlik etdiyi nümayəndə heyəti arasında geniş tərkibli görüş olmuşdur. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılmışdır. Sonda "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Almaniya Federativ Respublikasının Federal Daxili İşlər Nazirliyi arasında ikitərəfli əməkdaşlığa və qarşılıqlı yardıma dair birgə Niyyət Bəyannaməsi" imzalanmışdır.

Səfər çərçivəsində Nazirliyin nümayəndə heyəti Almaniya Federativ Respublikasının Federal Daxili İşlər Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə və Əhalinin Qorunması Mərkəzində olmuşdur. Nümayəndə heyətinə Mərkəzin fəaliyyəti haqqında geniş məlumat verilmişdir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

  Xəbər verildiyi kimi, Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində yerləşən kafedə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu