Geri

Məktəbdə təhlükəsizlik sahəsində pilot layihə həyata keçirilib

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Səbail rayonu, Osman Mirzəyev adına 190 nömrəli orta məktəbdə respublikada ilk dəfə olaraq təhlükəsizlik sahəsində pilot layihə həyata keçirib. Layihənin əsas məqsədi təhlükəsiz məktəb mühitinin formalaşdırılması olub.

Layihə çərçivəsində məktəb Nazirlik tərəfindən odsöndürən balonlarla təmin edilıb, məktəbin çardağının yanar konstruksiyaları odadavamlı məhlulla hopdurulub, daxili yanğın su kranları ümumi su xəttinə qoşularaq, tam istifadəyə yararlı hala gətirilıb, kranlar müvafiq yanğın əleyhinə avadanlıqlarla təchiz edilib. Yanğın zamanı insanların və qiymətli əşyaların köçürülməsi üçün "təxliyə planı" tərtib edilərək məktəbin rəhbərliyinə təqdim olunub. Eyni zamanda, məktəb binasında yanğın xəbərverici siqnalizasiya qurğusu quraşdırılıb, fövqəladə hallara hazırlıqla bağlı maarifləndirmə məqsədi daşıyan guşə yaradılıb.

Bundan başqa, "Fövqəladə hallar uşaqların gözü ilə" yaradıcılıq müsabiqəsi və "Gənc xilasedici və yanğınsöndürən" yarışları keçirilib.

Layihənin yekunu olaraq məktəbin akt zalında keçirilən mərasimdə yaradıcılıq müsabiqəsi və yarışların qaliblərinə Nazirliyin kuboku, Fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edilib. Həmçinin, Nazirlik tərəfindən hazırlanmış "Özünə və başqalarına kömək etməyi bacar" kitabı məktəbə hədiyyə edilib.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

  Xəbər verildiyi kimi, Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində yerləşən kafedə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu