Geri

"Sənaye müəssisələrində texniki təhlükəsizliyin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi" mövzusunda regional seminar-müşavirə keçirilib

Martın 5-də Gəncə şəhərində Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən "Sənaye müəssisələrində texniki təhlükəsizliyin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi" mövzusunda regional seminar-müşavirə keçirilmişdir. Seminar-müşavirənin keçirilməsində əsas məqsəd regionda fəaliyyət göstərən təhlükə potensiallı sənaye müəssisələrinin rəhbərlərinə, sahibkarlara, iş adamlarına və fiziki şəxslərə təmsil etdikləri sahədə baş verə biləcək qəza və bədbəxt hadisələrin vaxtında xəbərdar edilməsi, qarşısının alınması istiqamətində təcili, qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi olub.

Tədbirdən əvvəl iş prosesində istifadə olunan avadanlıqların təqdimatı keçirilib. Mərasim iştirakçılarına məlumat verilib ki, nümayiş olunan və beynəlxalq tələblərə cavab verən ölçü vasitələri, müxtəlif təyinatlı cihazlar və qurğular vasitəsi ilə qüsurlar yüksək dəqiqliklə aşkarlanır. Beynəlxalq normalara uyğun olaraq hazırlanmış və təhlükəsizlik tələblərinə tam cavab verən geniş çeşidli işçi geyimlər iştirakçıların marağına səbəb olub.

Mərasim iştirakçıları Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyətindən bəhs edən video görüntüləri izləyib, sənayenin bütün sahələrini əhatə edən texniki təhlükəsizlik və əməyin mühafizəsi məsələləri ilə bağlı normativ texniki sənədlərlə tanış olublar.

Sonra mərasim öz işinə başlayıb. Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Məşədiyev Fövqəladə Hallar Nazirliyi tərəfindən təhlükə potensiallı obyektlərdə və dağ-mədən sahələrində texniki təhlükəsizliyin inkişafı istiqamətində görülən tədbirlər barədə məruzə ilə çıxış edib. Texniki təhlükəsizlik sahəsində dövlət nəzarətini həyata keçirən, respublika sənayesinin bütün sahələrini əhatə edən Agentliyin qurumları, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib, ölkənin 4 regionunda Regional sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti müfəttişliklərinın yaradıldığını bildirib. Qeyd olunub ki, qısa müddət ərzində Agentlik mütəxəssislərlə tam komplektləşdirilib, maddi-texniki baza möhkəmləndirilib. Respublikada fəaliyyət göstərən təhlükə potensiallı obyektlər Agentlik tərəfindən nəzarətə götürülməklə qeydiyyata alınıb.

Texniki təhlükəsizlik ekspertizasının aparılmasında əsas istiqamətlər barədə məruzə ilə çıxış edən Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun direktoru Rüştü Səfərov texniki ekspertiza işlərinin qüvvədə olan qanunvericilik sənədləri, dövlət standartları, normativ texniki sənədlər, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları əsasında aparıldığını bildirib. O, sənaye sahələrində mövcud çatışmazlıqların sistemli şəkildə araşdırıldığını, mümkün pozuntuların aradan qaldırılması istiqamətində kompleks tədbirlərin hazırlanaraq, ardıcıl həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda bildirib ki, təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər texniki təhlükəsizliyin vəziyyəti barədə Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinə bəyannamə təqdim etməlidirlər.

Sənayedə baş verə biləcək bütün qəza növlərinə aid xəbərdarlıq, qəzanın nəticələrinin ləğvi və işçilərin təxliyə edilməsi üzrə əlaqələndirilmiş operativ fəaliyyət, rəhbərlik və təşkilatçılıq funksiyalarının dəqiq yerinə yetirilməsi qaydalarını əks etdirən təlimatların işlənib hazırlandığını bildirən R.Səfərov belə bir məqama da toxunub ki, qüvvədə olan təlimatlara uyğun olaraq, vizual nəzarət, mayenin hopdurulması, maqnit tozu, ultrasəs üsulları ilə əmələ gəlmiş qüsurlar aşkar edilir. Görülən profilaktik və qabaqlayıcı tədbirlər, eləcə də verilən tövsiyələr baş verə biləcək qəza hadisələrinin qarşısının alınmasına köməklik göstərir.

O, tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, respublikanın qaz təchizatı sistemində qəza və bədbəxt hadisələrin yaranmasına səbəb ola bilən şəraitin aradan qaldırılması məqsədi ilə Agentlik öz səlahiyyətləri daxilində müvafiq işlər apararaq yüzlərlə qəza və bədbəxt hadisələrin baş verməsinin qarşısını alıb.

Seminar-müşavirədə, həmçinin, digər məruzələr dinlənilib və mərasim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Ötən gün Yuxarı Qarabağ kanalının Yevlax şəhəri, Kolanı kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun axtarışları davam etdirilir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” q aynar telefon xəttinə Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə güclü yağış səbəbindən suyun səviyyəsinin artması və ətraf ərazilərə təhlükə yaratması ilə əlaqədar məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçaxur qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu