Referendum 125 seçki dairəsi üzrə 5367 seçki məntəqəsində keçirilmişdir. Azərbaycanın hüdudlarından kənarda 35 məntəqə fəaliyyət göstərmişdir. Səsverməni 24 təşkilatı və 23 ölkəni təmsil edən 177 beynəlxalq müşahidəçi izləmişdir. Avropa Şurası və Müstəqil Dövlətlər Birliyinin parlament assambleyaları, MDB-nin müşahidə missiyası rəsmən dəvət olunmuşdur. Böyük Britaniya, Fransa, İspaniya, Almaniya, Belçika, Bolqarıstan, Finlandiya, Ukrayna və digər ölkələrin parlament nümayəndə heyətləri, ABŞ, Rusiya, Norveç, İtaliya, Polşa və s. ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri də səsvermənin gedişini izləmişlər.
Referendumu müşahidə etmək üçün 47066 yerli müşahidəçi qeydiyyata alınmışdır. Onların 2148-i MSK-da, 44918-i isə dairə seçki komissiyalarında qeydiyyatdan keçmişdir. Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin referendumun yekununa dair ilkin məlumatına əsasən, 4893382 seçicidən 3478571 nəfəri, yəni 71,08%-i səsvermədə iştirak etmişdir.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov martın 18-də "Seçkilər" İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə bağlı ümumxalq səsverməsində seçicilərin çox fəal iştirak etdiklərini vurğulamış, gün ərzində məntəqələrdə səsvermənin gedişi barədə 5 dəfə ictimaiyyətə məlumat verildiyini, referendumu kifayət qədər həm beynəlxalq və yerli müşahidəçilərin, həm də yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələrinin izlədiyini demişdir.
Avropa ölkələrinin parlament nümayəndələrindən ibarət beynəlxalq qrup Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı keçirilmiş ümumxalq səsverməsində (referendum) apardıqları müşahidənin nəticələri ilə əlaqədar martın 19-da "Hyatt Park" mehmanxanasında mətbuat konfransı keçirmişdir. Mətbuat konfransında Azərbaycan Milli Məclisi tərəfindən dəvət olunmuş və Avropanın 6 ölkəsini (İspaniya, Böyük Britaniya, Belçika, Fransa, Estoniya və Finlandiya) təmsil edən 20 nəfərlik qrupun üzvləri adından Belçika parlamentinin deputatı, bu ölkənin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Alan Deştex Azərbaycanda referendumun beynəlxalq demokratik standartlara cavab verdiyini, fəal, sakit və peşəkarlıqla keçirildiyini bildirmişdir. Beynəlxalq müşahidəçilər onların səfər etdikləri bütün seçki məntəqələrində səsvermə prosesinin yaxşı keçirildiyini və qanun pozuntusu hallarının müşahidə olunmadığını diqqətə çatdırmışlar.
Səsvermənin gedişini izləyən beynəlxalq müşahidəçilər keçirilmiş mətbuat konfransında referendumun gedişatından və yüksək səviyyədə təşkil olunduğundan razı qaldıqlarını bildirmişlər.
Qeyd edək ki, Azərbaycanda keçirilən referendum dünya mətbuatının da diqqət mərkəzində olmuşdur. Nüfuzlu "Röyters" agentliyi, "Evronyus" və Rusiyanın "ORT" telekanalları Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsinin (referendum) gedişini işıqlandırmışlar.
Ötən gün Yuxarı Qarabağ kanalının Yevlax şəhəri, Kolanı kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun axtarışları davam etdirilir....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin “112” q aynar telefon xəttinə Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə güclü yağış səbəbindən suyun səviyyəsinin artması və ətraf ərazilərə təhlükə yaratması ilə əlaqədar məlumat daxil olub....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçaxur qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub....
Ardını oxu