Geri

Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Türkiyə Respublikasında səfərdə olmuşdur

7-8 dekabr 2009-cu il tarixlərində Türkiyə Respublikası Baş nazirinin müavini, Dövlət naziri Cəmil Çiçəyin dəvəti ilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Başbakanlık Afet ve Acil Durum Yönetimi Başkanlığı, İstanbul Valiliğinin təşkilatçılığı və Dünya Bankının dəstəyi ilə Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən İstanbul Beynəlxalq Seysmik Riskin Azaldılması Konfansında iştirak etmişdir.

Konfransın əsas məqsədi zəlzələ riskinin yüksək olduğu ölkələrlə bağlı məlumat və  təcrübə mübadiləsinin aparılması və şəhərlərdə seysmik riskin azaldılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə fikir mübadiləsinin aparılması olmuşdur.

Konfransın açılış mərasimində nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikasında fəlakətlərin idarə olunması sahəsində görülən işlər barədə məruzə ilə çıxış etmişdir.

Həmçinin, səfər çərçivəsində hər iki ölkənin müvafiq qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edilməsi məqsədilə ikitərəfli görüş keçirilmişdir.



Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. ...

Ardını oxu

FHN Xüsusi Riskli Xilasetmə Xidməti və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı“ QSC-nin birgə məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Limanı Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində növbəti birgə təlimi uğurla icra edib. ...

Ardını oxu