Geri

Nəvahi qəsəbəsində yeni evlər inşa olunur

Məlum olduğu kimi, bu ilin sentyabr ayında Hacıqabul rayonuna yağan güclü leysan yağışları nəticəsində fərdi yaşayış evlərinə, sosial obyektlərə və infrastruktura ciddi ziyan dəymişdir. Fövqəladə Hallar Nazirliyinin qüvvələri operativ olaraq xilasetmə işlərinə cəlb edilmiş, nəticədə, su basmış ərazilərdən suların kənarlaşdırılması təmin olunmuş, leysan və subasmanın vurduğu ziyanın nəticələrinin vaxtında aradan qaldırılması istiqamətində konkret tədbirlər görülmüşdür.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, evləri yararsız vəziyyətə düşmüş əhali müvəqqəti yaşayış məntəqələrinə köçürülmüş, əraziyə dəymiş ziyanın ümumi miqdarı hesablanmış, təbii fəlakətdən daha çox zərər çəkmiş Nəvahi qəsəbəsində evləri yararsız hala düşmüş sakinlər üçün dövlət vəsaiti hesabına yeni evlərin tikintisinə başlanılmışdır. Hazırda tikinti işləri sürətlə aparılır. Tikilən evlərin ən qısa müddətdə sakinlərin ixtiyarına verilməsi üçün bütün qüvvələr səfərbər edilmişdir.

Bundan başqa, ölkənin seldən zərər çəkən digər bölgələrində də yeni fərdi evlərin tikintisinə başlanılmışdır. Bu evlər müəyyən edilmiş cədvəl əsasında inşa edilib sakinlərin istifadəsinə veriləcəkdir.



Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda növbəti təlim keçirib....

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şamaxı və Zaqatala rayonlarının Heydər Əliyev mərkəzlərində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu