Geri

Bu gün Fövqəladə Hallar Nazirliyinin yaradılmasının dördüncü ildönümü və işçilərinin peşə bayramıdır

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının dördüncü ildönümü və işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir.

Əvvəlcə nazirliyin əməkdaşları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov şəxsi heyətlə birlikdə məzarlar önünə əklil və gül dəstələri qoyub, onların ruhlarına ehtiramını bildirib.

Daha sonra Nazirliyin inzibati binasında peşə bayramı münasibətilə təntənəli mərasim keçirildi. Mərasimi açıq elan edən nazir Kəmaləddin Heydərov FHN-nin yaradılmasının dördüncü ildönümü və peşə bayramı münasibətilə işçiləri təbrik edərək, onlara uğurlar arzuladı. Sonra qulluqda fərqlənən əməkdaşların ali rütbələr, orden və medallar, fəxri adlarla təltif edilmələri haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar oxundu.

Daha sonra nazir 2009-cu ilin ötən dövrü ərzində nazirliyin fəaliyyət istiqamətlərinə uyğun görülmüş işlər və həyata keçirilmiş tərbirlər barədə geniş məruzə ilə çıxış etdi, nazirliyə göstərdiyi yüksək diqqət və qayğıya görə ölkə başçısına səxsi heyət adından təşəkkürünü bildirdi.

Mərasimdə Nazirliyin bir qrup əməkdaşı müxtəlif həvəsləndirmə mükafatları ilə təltif olundular.

Təntənəli mərasimin sonunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul olundu

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda yerləşən çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. ...

Ardını oxu