Geri

Fövqəladə Hallar Nazirliyinin bəzi qurumlarına məxsus inzibati bina və yanğın deposu istifadəyə verilib

Dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 4-cü ildönümü münasibəti ilə Bakının Nərimanov rayonunda Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin və Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inşa olunmuş üçmərtəbəli inzibati binasının və yanğın deposunun açılışı olub. Mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov iştirak edib. Burada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb, hissə Almaniya və Fransa istehsalı olan, müasir standartlara tam cavab verən yanğınsöndürmə texnikası ilə təchiz olunub.



Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 07.12.2023-cü il tarixində yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ qeydə alınıb. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu Bakı-Şamaxı yolunun 123 km-də avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu