Geri

Binəqədi rayonunda Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 4-cü ildönümü qeyd olunub

Dekabrın 15-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə FHN-nin Biləcəri qəsəbəsində yerləşən Müliki müdafiə alayında FHN-nin yaradılmasının 4-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçılarına "Heydər Əliyev vətənin keşiyində» filmi nümayiş olunub. Tədbir iştirakçıları dövlət tərəfindən orduya, hərbi hissələrə göstərilən diqqət və qayğıdan, FHN-nin yaradılmasından keçən az müddətdə əldə olunan uğurlardan danışıblar.

Sonra bir qrup əsgər və zabit Gənclər və İdman Nazirliyinin və Rayon Gənclər və İdman idarəsinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif edilib. Tədbir gənc incəsənət ustalarının çıxışı ilə yekunlaşıb.



Digər məlumatlar

Prezident İlham Əliyev yeni alınmış xüsusi təyinatlı texnikalar və təcili tibbi yardım avtomobilləri ilə tanış olub (YENİLƏNİB)

Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə komanda-qərargah təlimi keçirilib

6-8 dekabr 2022-ci il tarixlərində Fövqəlаdə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qoşunlarının qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda komanda-qərargah təlimi keçirilib....

Ardını oxu