Geri

Fövqəladə Hallar Nazirliyinin bir sıra regional mərkəzlərinin və Dövlət Yanğından Mühafizə hissələrinin inzibati binaları istifadəyə verilib

Dekabrın 14-də Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 4-cü ildönümü ərəfəsində Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Qarabağ Regional Mərkəzi və Xaçmaz şəhərində yerləşən Şimal Regional Mərkəzinin inzibati binalarının açılış mərasimləri keçirilmişdir. Açılış mərasimlərində fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov iştirak etmişdir. Mərkəzlərin ərazisində fövqəladə hallar naziri və mərasimdə iştirak edənlər ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoydular. Sonra yeni istifadəyə verilən binalar haqqında ətraflı məlumat verildi.

Elə həmin gün Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inşa edilmiş inzibati binasının açılış mərasimi də keçirilib. Açılış mərasimində fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov iştirak edib. Hissə inzibati bina, yanğınsöndürən avtomobillərin saxlandığı depo, anbar, yataqxana, yeməkxana, iş və tədris otaqlarından ibarətdir.

Qeyd edək ki, dekabrın 14-də, həmçinin, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu və Qobustan rayon yanğından mühafizə hissələrinin də açılış mərasimləri keçirilmişdir. Açılış mərasimlərində Nazirliyin yüksək vəzifəli şəxsləri və müvafiq qurumların rəhbərləri iştirak etmişlər.

Digər məlumatlar

Prezident İlham Əliyev yeni alınmış xüsusi təyinatlı texnikalar və təcili tibbi yardım avtomobilləri ilə tanış olub (YENİLƏNİB)

Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə komanda-qərargah təlimi keçirilib

6-8 dekabr 2022-ci il tarixlərində Fövqəlаdə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qoşunlarının qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda komanda-qərargah təlimi keçirilib....

Ardını oxu