Geri

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğına qarşı təbliğatın forma və metodlarından geniş şəkildə istifadə edir

Qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında yanğın təhlükəsizliyi qaydalarının təbliğini gücləndirmək məqsədilə Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin kütləvi tirajla nəşr etdirdiyi plakat və yaddaş vərəqələrində qaz və elektrik təsərrüfatında  təhlükəsizlik qaydalarının pozulması, o cümlədən qaz cihazlarının nəzarətsiz  qalması, onların istifadəsinin azyaşlı uşaqlara həvalə edilməsi, tüstü bacalarının işlək vəziyyətdə olmaması, standartlara uyğun olmayan qaz və elektrik cihazlarından istifadə olunması nəticəsində yarana biləcək  fövqəladə hallar barədə xəbərdarlıqlar öz əksini tapmışdır.

Həmçinin, respublikamızın müxtəlif regionlarında fəaliyyət göstərən televiziya kanalları üçün  Dövlət Yanğın Nəzarəti Xidmətinin hazırladığı «Qaz təsərrüfatı: yanğın, partlayış və zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı» adlı qısametrajlı videomaterial da qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarının geniş və əhatəli şəkildə təbliğinə xidmət edir.

Hazırda Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları yaşayış yerlərində əhali ilə maarifləndirmə işi aparmaqla yanaşı, nəşr olunmuş yanğına qarşı təbliğat xarakterli çap məhsullarının təhsil və səhiyyə müəssisələrində, ticarət və ictimai iaşə obyektlərində, Bakı Metropoliteninin stansiyalarında, əhalinin daha sıx toplaşdığı digər yerlərdə yayılmasını həyata keçirirlər.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda növbəti təlim keçirib....

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şamaxı və Zaqatala rayonlarının Heydər Əliyev mərkəzlərində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu