Geri

Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti İsveç Krallığında işgüzar səfərdə olmuşdur

27-30 oktyabr 2009-cu il tarixlərində İsveç Krallığı Stokholm Yanğın Briqadası Assosiasiyasının dəvəti ilə fövqəladə hallar nazirinin müavini general-mayor Etibar Mirzəyevin rəhbərlik etdiyi nümayəndə heyəti həmin ölkədə işgüzar səfərdə olmuşdur.

Səfər zamanı İsveç Krallığı Stokholm Yanğın Briqadası Assosiasiyasında görüş olmuşdur. Görüşdə Assosiasiyanın fəaliyyəti və maddi-texniki imkanları barədə nümayəndə heyətinə ətraflı məlumat verilmiş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Bundan başqa, Nazirliyin nümayəndə heyəti Assosiasiyanın "Okvista" təlim mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmuş, yanğınsöndürənlərin xüsusi riskli xilasetmə əməliyyatı çərçivəsində yüksək peşəkarlıqla zərərçəkmişlərin xilasedici avadanlıqlarla təhlükəsiz qaydada təxliyyəsi prosesini müşahidə etmişdir. Həmçinin, təcili xilasetmə xidmətinin fəaliyyətinin təmin edilməsi məqsədilə yaradılmış "SOS Alarm" qaynar telefon xətti sistemi haqqında nümayəndə heyətinə ətraflı məlumat verilmişdir.

Səfər proqramına uyğun olaraq, Assosiasiyanın müvafiq qurumlarında olan Nazirliyin nümayəndə heyəti fövqəladə hallar zamanı qatı tüstülənmiş zonalarda işləmək üçün xilasedicilərin peşə hazırlığı səviyyəsini artırmaq məqsədilə inşa edilmiş xüsusi tüstü kameralarında aparılan tədris və təlim prosesi ilə yaxından tanış olmuş, həmçinin, "unikal İsveç kəşfi" adlanan, qapalı şəraitdə saxlanılan mal və məhsulların yüksək təzyiqli su ilə söndürülməsini izləmişdir.

Bununla yanaşı, səfər zamanı Nazirliyin nümayəndə heyəti dəniz və çay sularında xilasetmə əməliyyatlarının icrası məqsədilə müxtəlif təyinatlı patrul, polis, xilasedici, yanğınla mübarizə gəmi və katerlərinin texniki göstəriciləri və taktiki imkanları ilə tanış olmuş, habelə texnikanın nümayişini izləmişdir.

Həmçinin, nümayəndə heyəti Stokholm şəhərinin yaxınlığında yerləşən taxılın qurudulması və saxlanılması müəssisəsinin fəaliyyəti ilə tanış olmuşdur.



Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti və 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Qaçaq Nəbi küçəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (foto)

  Xəbər verildiyi kimi, Abşeron rayonu, Saray qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən qısa müddətdə söndürülüb....

Ardını oxu