Geri

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən regional müşavirələr keçirilmişdir

Ölkədə yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qarşıda duran vəzifələrin icrasını sürətləndirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti bölgələrdə "Yanğın təhlükəsizliyi: qarşıda duran vəzifələr və onun həlli yolları" mövzusunda regional müşavirələr keçirmişdir. Lənkəran, Xaçmaz, Qəbələ, Yevlax və Bərdə rayonlarında keçirilmiş müşavirələrdə Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə həyata keçirilən tədbirlərdən danışılmış, ölkədə hazırda bu sahədəki vəziyyət təhlil olunmuş, payız-qış mövsümünün başlanması ilə əlaqədar qarşıda duran vəzifələr barədə danışılmışdır.

Yerli icra hakimiyyəti, təhsil, səhiyyə müəssisələrinin, müvafiq xidmət sahələrinin nümayəndələrinin də iştirak etdiyi müşavirələrdə əhalinin yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsi işinin səmərəliliyini artırmaq məqsədilə bölgələrdə fəaliyyət göstərən yerli televiziya kanallarına, qəzetlərə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hazırlanmış yanğına qarşı təbliğat xarakterli video və qəzet materialları təqdim olunmuşdur.

Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində digər məqsədyönlü tədbirlərin də həyata keçirilməsi planlaşdırılmışdır. Belə ki, 2009-cu ilin noyabr ayını "Yanğına qarşı təbliğat ayı" elan etmiş Xidmət tərəfindən respublika ərazisində baş verən yanğınların sayının azaldılması, bu sahədə effektli, günün tələblərinə cavab verən qabaqlayıcı, yeni məzmunlu tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti və 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Qaçaq Nəbi küçəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (foto)

  Xəbər verildiyi kimi, Abşeron rayonu, Saray qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən qısa müddətdə söndürülüb....

Ardını oxu