Geri

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində seminar-müşavirə keçirilmişdir

31 oktyabr 2009-cu il tarixində Lənkəran şəhərində təhlükə potensiallı sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinə həsr edilmiş seminar-müşavirə keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin inzibati binasında keçirilmiş seminar-müşavirənin əsas məqsədi regionda fəaliyyət göstərən təhlükə potensiallı sənaye müəssisələrinin rəhbərləri, ayrı-ayrı sahibkarlar, iş adamları və fiziki şəxslər üçün rəhbərlik etdikləri müəssisələrdə texniki təhlükəsizliyin təmin edilməsinin təhlili, baş verə biləcək fövqəladə hadisələrin xəbərdar edilməsi və vaxtında qarşısının alınması məqsədilə qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi, habelə bu ərazidə fəaliyyət göstərən Cənub Regional Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Müfəttişliyinin rolu barədə maarifləndirmə işlərinin aparılması olmuşdur.

Tədbirdə iş adamları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin müxtəlif qurumlarının, cənub regionu rayonlarının İcra Hakimiyyəti və digər dövlət təşkilatlarının nümayəndələri iştirak etmişlər.



Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti və 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Qaçaq Nəbi küçəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (foto)

  Xəbər verildiyi kimi, Abşeron rayonu, Saray qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən qısa müddətdə söndürülüb....

Ardını oxu