Geri

Məktəblərdə maarifləndirmə tədbirləri davam edir

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən cari ilin oktyabr ayının 28-də Bakı şəhəri, Xətai rayonu 194 saylı orta məktəbdə fövqəladə hallar zamanı, o cümlədən partlayıcı maddələr (şübhəli elementlər) aşkar olunduqda insanların davranış qaydaları, xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatları zamanı zərərçəkmişlərə ilk yardımın göstərilməsi mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (Xidmət), Təhsil Nazirliyinin Bakı şəhər Baş Təhsil İdarəsinin əməkdaşları, orta məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak etmişlər.

Tədbirdə Xidmətin mütəxəssisləri tərəfindən fövqəladə hallar zamanı Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin "112" zəng xidməti ilə əlaqə, partlayıcı maddələr aşkar olunduqda insanların davranış qaydaları, fəlakət zamanı ilk və təxirəsalınmaz tibbi yardımın göstərilməsi, eləcə də təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji obyektlərin mühafizəsi haqqında geniş məlumat verilmişdir.

Tədbirin sonunda iştirakçılara Xidmətin fəaliyyətini əks etdirən fotoslaydlar və xüsusi təyinatlı nəqliyyat vasitələrində komplektləşdirilmiş müasir xilasetmə alət və avadanlıqları nümayiş etdirilmişdir.



Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti və 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Qaçaq Nəbi küçəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (foto)

  Xəbər verildiyi kimi, Abşeron rayonu, Saray qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən qısa müddətdə söndürülüb....

Ardını oxu