Praktikada tez-tez sahibsiz ionlaşdırıcı şüalanma mənbələrinin aşkar olunması onların identifikasiyası və təhlükəlilik dərəcəsinin müəyyən edilməsi zərurətini yaradır. Sahibsiz ionlaşdırıcı şüalanma mənbəyi – tənzimləyici nəzarət altında olmayan radioaktiv mənbələrdir. Radioaktiv mənbələrin uyğun olmayan yerdə saxlanılması, itirilməsi, oğurlanması və ya müvafiq rəsmi icazə olmadan ötürülməsi səbəbindən onlar tənzimləyici nəzarətdən kənarda qala bilərlər.
Radioaktiv materialların aşağıda verilmiş siyahısı radioaktiv maddənin aşkar olunması zamanı onun istifadə yeri barədə ilkin məlumatın alınmasına istiqamət verir. Sözügedən siyahı maarifləndirmə və xidməti istifadə üçün tövsiyə edilir.