Geri

Vüsalə Mahir qızı Abışova

1979-cu ildə avqustun 5-də Azərbaycan Respublikasının Ucar rayonun Lək kəndində anadan olub.

1985-ci ildə Rafiq Abbasov adına Lək kənd 1 saylı orta məktəbinə daxil olub. 1996-cı ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirib.

1996-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 2000-ci ildə həmin ali məktəbin bakalavr pilləsini, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib, ixtisası folklorşünas-mifoloqdur.

1996-cı ildən mətbuatda əmək fəaliyyətinə başlayıb. “Bakı Universiteti”, “Hürriyyət”, “Azadlıq” qəzetləri ilə əməkdaşlıq edib, 1998-2000-ci illərdə “Bu gün” qəzetində müxbir vəzifəsindən baş redaktorun birinci müavini vəzifəsinə qədər çalışıb. 2000-2001-ci illərdə “Məkan” qəzetində baş redaktor müavini işləyib. 2001-2003-cü illərdə «Xalq Cəbhəsi» qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib. 2004-cü ildən indiyədək APAGroup-un rəhbəri vəzifəsində çalışır.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvüdür.

Bir neçə univetsitet və nazirliyin İctimai Şurasının üzvü olub.

22 iyul 2010-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin təltif etdiyi Əməkdar Jurnalist fəxri adına layiq görülüb.

22 İyul 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin təltif etdiyi “Tərəqqi” medalına layiq görülüb.