Geri

Ədil Tahir oğlu Ədilzadə

Mən Ədil Tahir oğlu Ədilzadə 1984-cü ildə İsmayıllı rayonunda anadan olmuşam. 1990-cı ildə İsmayıllı rayon 2 saylı orta məktəbinə getmişəm. 2001-ci ildə həmin məktəbi bitirdikdən sonra elə həmin il Sumqayıt Dövlət Universitetinə daxil olmuşam. 2005-ci ildə SDU-nu bitirib həqiqi hərbi xidmətə yollanmışam. Ailəliyəm 2 övladım var.

2006-2012-ci ilə qədər “Olaylar” qəzetində siyasət müxbiri, 2012-2018-ci illərdə “Ədalət” qəzetində şöbə müdiri işləmişəm. Hal-hazırda SABAHİNFO.AZ saytının baş redaktoru, Parlament müxbiriyəm. 2015-ci ildən “Yeni həyat-iqtisadi inkişaf” İctimai Birliyinin sədriyəm. 2021-2023-сü illərdə FHN yanında İctimai Şuranın üzvü olmuşam.