Geri

Azad Yusif oğlu Əliyev

Azad Yusif oğlu Əliyev (19 dekabr 1991, Bakı) — Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyinin Standartlaşdırma üzrə Texniki Komitəsinin üzvü (AZSTAND/TC 21), Risk Management Professional Assosasiyasının professional üzvü, Facility Management Group MMC-nin Komplayns və SƏTƏMM departamentinin rəhbəri.

Təhsili:

Azad Yusif oğlu Əliyev 1991-ci il dekabrın 19-da Bakı şəhərində anadan olmuşdur. 2009-2013-cü illərdə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Yanğın Təhlükəsizliyi Mühəndisliyi fakültəsində bakalavr təhsili alaraq ilk məzunlarından olmuşdur. 2012-ci ildə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Xətai rayon Dövlət Yanğından Mühafizə İdarəsində rəis müavini vəzifəsi üzrə təcrübə keçmişdir. Təhsil müddətində 1-ci manqanın komandiri (2010), 2-ci manqanın komandiri(2011), 1-ci tağımın komandiri(2012-ci il 1-ci yarım il) və kurs komandiri(2012-ci ilin 2-ci yarısında) olaraq xidmət etmişdir. 2013-cü ildə Fövqəladə Hallar Nazirlyinin Akademiyasının Debat klubunu təşkil edərək, bir sıra layihələrdə klub sədri olaraq təhsil müəssisəsini təmsil etmişdir.

2015-2017-ci illərdə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Yanğın Təhlükəsizliyi Mühəndisliyi fakültəsində təhsil alaraq ilk və tək məzunu olaraq fərqlənmə diploma ilə magistratura təhsilini başa vurmuşdur. Həmin illərdə Yanğın Təhlükəsizliyi fakültəsi üzrə kursant şurasının sədri olaraq fəaliyyət göstərmişdir.

Təhsildə fərqlənmə və ictimai fəaliyyətlərində nailiyyətlərinə görə Fövqəladə Hallar nazirinin təqdimatı əsasında “Japan International Cooperation Agency”-nin təqaüd proqramı ilə “Rescue Techniques” ixtisası üzrə Yaponiyada təhsil almışdır.

Sertifikatlar:

2022 - NEBOSH (National Examination Board in Occupational Safety and Health) / International General Certificate

2022 – FIFA World Cup Qatar 2022/ Crowd Management of Sporting Events

2021- IPMA (International Project Management Association) / Certified Project Manager

2018 - IOSH (Institution of Occupational Safety and Health) / Managing Safely

Əmək fəaliyyəti:

2013-cü ilin sentyabr ayında Fövqəladə Hallar nazirinin müvafiq əmri ilə leytenant rütbəsi almışdır.

2013-2015-ci illərdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin Yanğın təhlükəsizliyi üzrə normativ iş şöbəsinin mühəndis inspektoru vəzifəsində çalışmışdır. Dövlət Yanğın Nəzarəti İşinin Təşkilinə dair Təlimat, Sahibkarlıq Sahəsində aparılan yoxlamaların tənzimlənməsi və Sahibkarların maraqlarının qorunması haqqında qanun və Yanğın Təhlükəsizliyi Qaydaları sənədləri üzərində geniş təhlillər apararaq bu sahədə səmərələşdirici təkliflər hazırlayaraq təqdim etmişdir.

2015-ci ildə Fövqəladə Hallar nazirinin müvafiq əmri ilə baş-leytenant rütbəsi almışdır.

2017-ci ildə Fövqəladə Hallar nazirinin müvafiq əmri ilə Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin Ümumi şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

2018-ci ilin may-dekabr aylarında Facility Management Group MMC-nin SƏTƏMM şöbəsinin aparıcı mütəxəssisi, 2019-cu ilin yanvar-sentyabr aylarında baş mütəxəssis, 2019-2022-ci illərdə SƏTƏMM şöbəsinin meneceri, 2022-2023-cü ilin yanvar ayınadək SƏTƏMM şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2023-cü ilin fevral ayından indiyədək Komplayns və SƏTƏMM şöbəsinin müdiri vəzifəsində çalışır.

2015-ci ildə Bakı Avropa Oyunları layihəsində Tofiq Bəhramov stadionunda yanğın təhlükəsizliyi mühəndisi vəzifəsində çalışmışdır;

2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal forumunda Texniki şöbənin mütəxəssisi vəzifəsində çalışmışdır;

2016-cı ildə Formula 1 üzər Azərbaycan Qran Pri layihəsində Uniforma və Akkreditasiya şöbəsində könüllü olaraq çalışmışdır;

2017-2021-ci illərdə Formula 1 üzrə Azərbaycan Qran Pri layihəsində Yanğın və Xilasetmə marşalı olaraq çalışmışdır.

2017-ci ildə 4-cü İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsində Məkan Menecerinin müavini vəzifəsində çalışmışdır;

2022-ci ildə Qətərdə keçirilən FIFA World Cup layihəsində Məkan Menecerinin müavini vəzifəsində çalışmışdır;

2022-ci ildə Formula 1 üzrə Azərbaycan Qran Pri layihəsin SƏTƏMM Komanda lideri vəzifəsində çalışmışdır;

2023-cü ildə Formula 1 üzrə Azərbaycan Qran Pri layihəsin SƏTƏMM Komanda lideri vəzifəsində çalışmışdır.