Geri

Dinara Dmitriy qızı Bayramlı

Bayramlı Dinara Dmitriy qızı 8 iyul 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə 212 nömrəli tam orta məktəbin 1-ci sinifinə qəbul olmuşdur və həmin ildə idman akrobatikası idman növü ilə məşğul olmağa başlamışdır.

2000-ci ildə ümumi orta təhsilini 16 saylı məktəb-liseyində davam etmişdir. 2010-cu ildə 11-ci sinifi bitirmişdir. Həmin ildə Azərbaycan Dillər Universitetinin 1-ci kursuna "Tərcümə" (ingilis-rus dili) fakültəsinə daxil olmuşdur. 2015-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 2012-ci ildə idmanda göstərdiyi nailǝyyətlərə görə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi (hazırda Gənclər və İdman Nazirliyi) tərəfindən Akrobatika üzrə "İdman ustası" kitabçası təqdim olunub. (müxtəlif beynəlxalq yarışların iştirakçısı, Avropa və Dünya çempionatının finalçısı (2005-ci il Yunanıstan, Saloniki -IV yer; 2006-cı il Portuqaliya, Coimbra -IV yer).

2012-ci ildən 2015-ci ilə qədər Bakı Modern Məktəbində məşqçi-müəllim vəzifəsində işləmişdir.

2015-ci ildən 2018-ci ilə qədər "IFFA-2010" MMC-də mühasib vəzifəsində işləmişdir.

2018-ci ildən bugünədək Heydər Əliyev adına Muasir Təhsil Kompleksində beynəlxalq şobənin fiziki tərbiyə müəllimi vəzifəsində işləyir.

Eyni zamanda ictimai fəaliyyəti var. Belə ki, 2015-ci ildən "SAF Həyat Naminə" Gənclər İctimai Birliyinin sədri seçilmişdir. Təşkilat 2010-cu ildə təsis olunub və 2012-ci ildən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) üzvüdür.

2022-ci ildən etibarən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının İdarə heyətinin üzvü seçilmişdir.

Dəfələrlə qrant mükafatçısı, keçirdiyi layihələrdə layihə rəhbəri vəzifəsində çalışmışdır. Həm yerli həm də beynəlxalq layihələri həyata keçirmişdir.

Azərbaycan Gənclər fondu, Dini qurumlar ilə iş üzrə Dövlət komitəsi, Azərbaycan Respublikasının Qeyri-hökumət təşkilatlarına Dövlət dəstəyi Agentliyi, Gənclər və İdman Nazirliyi kimi dövlət qurumları ilə əməkdaşlıq edir.