Geri

Emil Kamil oğlu Qafarov

Qafarov Emil Kamil oğlu 07 may 1981-ci ildə Abşeron rayonu Qobu qəsəbəsində ziyalı ailəsində anadan olmuşdur.

1987-1998-ci illərdə Abşeron rayonu Qobu qəsəbə Q.Xalıqov adına 1 saylı orta məktəbdə oxumuşdur.

1998-2002-ci illərdə Azərbaycan Memarlıq və İnşaat universitetində “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə bakalavr, 2000-2006-cı illərdə “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi”
ixtisası üzrə magistr təhsili almışdır.

2002-2003-cü illərdə hərbi xidmətdə olmuşdur.

2015-ci ildə dissertasiya işini uğurla müdafiə edərək 3358.01-Fövqəladə hallarda təhlükəsizlik ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi adı almışdır.

50-dən çox məqalə və tezisin, 4 metodik göstərişin, 4 patentin müəllifidir.

E.Qafarov 2007-ci ildən Azərbaycan Memarlıq və İnşaat universitetində “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasında baş laborant, assistent, baş müəllim vəzifələrində işləyib. Hal-hazırda bu kafedrada dosent əvəzi vəzifəsindədir.

Ailəlidir, iki övladı var.