Geri

FHN Akademiyasında “Ümummilli lider Heydər Əliyev və təhsilin inkişafı” mövzusuna həsr olunmuş tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Ümummilli lider Heydər Əliyev və təhsilin inkişafı” mövzusuna həsr olunmuş tədbir keçirilib.

Tədbirdə FHN-in Akademiyasının rəhbərliyi, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Akademiyanın professor-müəllim heyəti və kursantlar iştirak ediblər.

FHN Akademiyasinin akt zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə bildirilib ki, ulu öndər Heydər Əliyevin təhsil siyasəti milli mənafelər üzərində qurularaq Azərbaycanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi ilə nəticələndi. Dahi Rəhbər hakimiyyətdə olduğu bütün dövrlərdə elm və təhsilin inkişafını xüsusi diqqətdə saxlayaraq cəmiyyətin bütün sahələrində yüksək ixtisaslı kadrların yetişdirilməsinə nail oldu.

Qeyd olunub ki, Ümummili Liderin milli kadr hazırlığı sahəsində apardığı müdrik siyasətin mühüm istiqamətlərindən biri də milli hərbçi kadrların yetişdirilməsi idi. Məhz onun təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması Azərbaycanda ordu quruculuğunda mühüm rol oynadı. Məqsədyönlü siyasətin həyata keçirilməsi nəticəsində yalnız C.Naxçıvanski adına məktəbin məzunlarından deyil, digər ümumtəhsil məktəblərinin məzunları arasından da keçmiş SSRİ-nin ali hərbi təhsil müəssisələrinə gənclər göndərilirdi. Ümmumilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlişindən sonra da milli zabitlərin hazırlanması üçün hərbi təhsil sahəsində dərin və genişmiqyaslı islahatlar keçirərək peşəkar kadrların yetişdirilməsinə nail oldu. 30 ilə yaxın bir müddətdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan ərazilərimizin ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında azad olunmasında həmin peşəkar kadrların da xüsusi rolu olub.

Tədbirdə, həmçinin diqqətə çatdırılıb ki, təhsil sahəsi Ulu Öndərin müdrik siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən də xüsusi diqqət və qayğı ilə əhatə olunub. Bu gün də ölkəmizin qarşısında duran mühüm vəzifələrdən biri insan kapitalının inkişafı, hər bir şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında sənədli film nümayiş olunub.

Digər məlumatlar

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə “Bakı Metropoliteni” QSC-də növbəti təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında təlim keçirilib. ...

Ardını oxu