Geri

FHN-in Cənub Regional Mərkəzi tərəfindən “dəyirmi masa” keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Astara Rayon İcra Hakimiyyəti başçısının Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində “Fövqəladə hallarla bağlı davranış qaydaları” və “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi” mövzularında “dəyirmi masa” keçirib.

Tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Lənkəran Sularda Xilasetmə Məntəqəsinin, Astara Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin, Hirkan Milli Parkının, müvafiq idarə və müəssisələrin əməkdaşları, eləcə də yerli icra və özünüidarə orqanlarının nümayəndələri və kənd sakinləri iştirak edib.

Tədbir zamanı meşə və meşəətrafı ərazilərdə mümkün yanğınların qarşısının alınması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Eyni zamanda, meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin vacibliyi qeyd edilib.

Daha sonra çimərlik üçün nəzərdə tutulmayan kanallar, arxlar, çaylar, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olduğu, həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaratdığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirin sonunda meşə yanğınları, habelə bu kimi yanğınlara səbəb ola bilən qanunsuz kömür istehsalının qarşısının alınması istiqamətində görülən işlərdən bəhs edən fotoslayd və videoçarx nümayiş olunub.

Digər məlumatlar

Yanğın təhlükəsizliyi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müəssisə və təşkilatlarda silsilə maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN Akademiyasında “Ümummilli lider Heydər Əliyev və təhsilin inkişafı” mövzusuna həsr olunmuş tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Ümummilli lider Heydər Əliyev və təhsilin inkişafı” mövzusuna həsr olunmuş tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi praktiki gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Hündürlükdən xilasetmə işlərinin aparılması” mövzusunda praktiki gecə təlimi keçirilib. ...

Ardını oxu