Geri

FHN-in Gəncə Regional Mərkəzində “Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən “Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində keçirilən tədbirin əsas məqsədi şəxsi heyətin “ağ ölüm”ə qarşı mübarizəsi ilə bağlı maarifləndirilməsi olub.
Tədbirdə FHN-in Gəncə Regional Mərkəzinin əməkdaşları və Rayonlararası Narkoloji Dispanserin baş həkimi Etibar Xəlilov iştirak ediblər.
Keçirilən tədbirdə narkotik maddələrin fəsadları, insan sağlamlığına və mənəviyyatına vurduğu zərbə, ondan qorunma yolları barədə ətraflı məlumat verilib. Həmçinin, ümumbəşəri bəla olan narkomaniyanın qarşısının alınması istiqamətində gənclərin potensialından istifadənin genişləndirilməsinin vacibliyi vurğulanıb, onların elmə, idmana olan marağının artırılması, mədəni-asudə vaxtının düzgün təşkil olunmasının əhəmiyyəti haqqında danışılıb.
Tədbirin sonunda “Narkomaniya və ağ ölümün törətdiyi faciələr” mövzusunda videoçarx nümayiş olunub.

Digər məlumatlar

Yanğın təhlükəsizliyi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müəssisə və təşkilatlarda silsilə maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN Akademiyasında “Ümummilli lider Heydər Əliyev və təhsilin inkişafı” mövzusuna həsr olunmuş tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Ümummilli lider Heydər Əliyev və təhsilin inkişafı” mövzusuna həsr olunmuş tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi praktiki gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Hündürlükdən xilasetmə işlərinin aparılması” mövzusunda praktiki gecə təlimi keçirilib. ...

Ardını oxu