Geri

FHN-in Şimal Regional Mərkəzi tərəfindən nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Siyəzən rayonunun “Siyəzənneft” Neft Qaz Çıxarma İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.

Məşqin keçirilməsində məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məşqə cəlb olunan müəssisə heyətinin mülki müdafiə sahəsində biliyinin artırılması və bu sahədə əməli vərdişlərin aşılanması olub.

Məşq zamanı müəssisə heyətinin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilən nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Digər məlumatlar

Yanğın təhlükəsizliyi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müəssisə və təşkilatlarda silsilə maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN Akademiyasında “Ümummilli lider Heydər Əliyev və təhsilin inkişafı” mövzusuna həsr olunmuş tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Ümummilli lider Heydər Əliyev və təhsilin inkişafı” mövzusuna həsr olunmuş tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi praktiki gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Hündürlükdən xilasetmə işlərinin aparılması” mövzusunda praktiki gecə təlimi keçirilib. ...

Ardını oxu