Geri

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Ağdaş rayon Qaradağlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin əməkdaşları və kəndin işləməyən əhalisi üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbir Nümayəndəlik əməkdaşlarının və işləməyən əhalinin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, baş verə biləcək texnogen xarakterli hadisələrin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsinə nail olmaq məqsədilə təşkil edilib.

Toplantıda fövqəladə halların təsnifatı, o cümlədən yanğınlar, zəlzələ, torpaq sürüşməsi, sel və daşqınlar və ölkəmiz üçün xarakterik olan digər fövqəladə hadisələrlə bağlı geniş məlumat verilib, bu hadisələr zamanı zəruri davranış qaydaları barədə ətraflı danışılıb. Bundan əlavə, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları əyani şəkildə nümayiş etdirilib.

Tədbirdə iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.

Digər məlumatlar

Yanğın təhlükəsizliyi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müəssisə və təşkilatlarda silsilə maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN Akademiyasında “Ümummilli lider Heydər Əliyev və təhsilin inkişafı” mövzusuna həsr olunmuş tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Ümummilli lider Heydər Əliyev və təhsilin inkişafı” mövzusuna həsr olunmuş tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi praktiki gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Hündürlükdən xilasetmə işlərinin aparılması” mövzusunda praktiki gecə təlimi keçirilib. ...

Ardını oxu