Geri

FHN-in Muğan Regional Mərkəzi tərəfindən nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən İmişli regional “ASAN xidmət” mərkəzində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.

Məşqin keçirilməsində məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məşqə cəlb olunan müəssisə heyətinin mülki müdafiə sahəsində biliyinin artırılması və bu sahədə əməli vərdişlərin aşılanması olub.

Məşq zamanı müəssisə heyətinin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilən nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu