Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Ağsu rayon “16 nömrəli Yol İstismarı” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin masaüstü nümunəvi mülki müdafiə məşqi keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd Mülki müdafiə planlarının reallığını yoxlamaq, rəhbər, eləcə də komandir-rəis heyətinin fövqəladə hallar zamanı fəaliyyəti üzrə biliklərinin təkmilləşdirilməsindən ibarət olub.
Məşq zamanı Ağsu rayon “16 nömrəli Yol İstismarı” MMC-nin Mülki müdafiə qərargahının fövqəladə hallara hazırlıq səviyyəsi qiymətləndirilib, iştirakçıların sualları cavablandırılıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müəssisə və təşkilatlarda silsilə maarifləndirmə tədbirləri keçirib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Akademiyasında “Ümummilli lider Heydər Əliyev və təhsilin inkişafı” mövzusuna həsr olunmuş tədbir keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Hündürlükdən xilasetmə işlərinin aparılması” mövzusunda praktiki gecə təlimi keçirilib. ...
Ardını oxu