Geri

FHN-in Mülki müdafiə qoşunlarının təşkilatçılığı ilə Qarabağ müharibəsi iştirakçıları ilə görüş keçirilib

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının (MMQ) təşkilatçılığı ilə Lənkəran şəhər Dövlət Tarix-Diyarşünaslıq muzeyində Qarabağ müharibəsi veteranlarının iştirakı ilə “Sizin qəhrəmanlığınız bizim üçün örnəkdir” mövzusunda tədbir keçirilib.

Tədbirdə I Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran üzrə sədr müavini Saleh Dostıyev, Vətən müharibəsi iştirakçıları Rauf Salayev, İlham Quliyev, Nahid Qasımlı və MMQ-nin Lənkəran şəhərində yerləşən “N” saylı hərbi hissəsinin şəxsi heyəti iştirak edib.

Tədbirdə çıxış edənlər erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin acı nəticələrindən söz açıb, II Qarabağ müharibəsində rəşadətli Ordumuzun qazandığı möhtəşəm qələbənin Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etməklə bərabər, həm də hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olduğunu vurğulayıblar. Qeyd edilib ki, 44 günlük müharibədə təmin olunmuş bu Zəfər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi altında şücaətli Silahlı Qüvvələrimizin hünər salnaməsidir. Vətən sevgisinin, torpağa məhəbbətin bu müharibədə qələbənin təmin olunmasında böyük rolu olduğunu söyləyən natiqlər əsgərlərimizə hərbi xidməti bir şərəf borcu kimi yerinə yetirməyi, dövlətimizə, xalqımıza sədaqətlə xidmət etməkdən qurur duymağı tövsiyə ediblər.

Vətən müharibəsi iştirakçıları onlara, şəhid ailələri və müharibə qazilərinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.

 

 

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu