Geri

FHN-in Sumqayıt Regional Mərkəzi sularda təhlükəsizlik qaydaları mövzusunda maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xəzər dənizinin Sumqayıt şəhəri və Corat qəsəbəsi sahillərində istirahət edən vətəndaşlar arasında sularda təhlükəsizlik qaydaları mövzusunda maarifləndirmə tədbirləri keçirib.

Maarifləndirmə tədbirlərinin keçirilməsində məqsəd əhaliyə çimərlik mövsümü ilə əlaqədar təhlükəsizilik qaydaları barədə biliklərin aşılanması olub.

Tədbirlərdə FHN Sumqayıt Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq olaraq “Sumqayıt” və “Corat” xilasetmə məntəqələrinin əməkdaşları iştirak ediblər.

Tədbirlərdə əməkdaşlar tərəfindən çimərlik mövsümü ilə əlaqədar təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilərək sözügedən qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb. Həmçinin, vətəndaşlara mövzuya dair buklet və müxtəlif xarakterli təbliğat materialları paylanılıb.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu