Geri

FHN-in Şimal-qərb Regional Mərkəzində “Ağ ölüm - narkomaniya bəlasının insan həyatında yaratdığı sağalmaz fəsadlar” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Ağ ölüm - narkomaniya bəlasının insan həyatında yaratdığı sağalmaz fəsadlar” mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində keçirilən tədbirin əsas məqsədi şəxsi heyətin “ağ ölüm”ə qarşı mübarizə ilə bağlı maarifləndirilməsi olub.

Tədbiri giriş sözü ilə açan Şimal-qərb Regional Mərkəzinin rəis müavini Məmməd Bağırov narkomaniyanın yayılmasının qarşısının alınması ilə bağlı görülən tədbirlər barədə ümumi məlumat verib, bu istiqamətdə birgə səylərin davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

Daha sonra çıxış edən Qəbələ Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkili polis baş leytenantı Babak Mustafazadə narkotiklərin insan orqanizminə məhvedici təsiri, doğurduğu faciələr barədə danışaraq narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının vacibliyini bildirib, ölkəmizdə narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb.

Tədbirin sonunda mövzuya dair videoçarx nümayiş olunub.

 

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu