Geri

FHN-in Sumqayıt Regional Mərkəzində “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində keçirilən tədbirin əsas məqsədi şəxsi heyətin “ağ ölüm”ə qarşı mübarizəsi ilə bağlı maarifləndirilməsi olub.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev narkomaniyanın yayılmasının qarşısının alınması ilə bağlı görülən tədbirlər barədə ümumi məlumat verib, bu istiqamətdə birgə səylərin davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

Daha sonra çıxış edən Dövlət Sərhəd Xidmətinin Əməliyyat-axtarış Baş idarəsinin rəis müavini polkovnik Zakir Hüseynov narkoterror məqsədi ilə ölkəmizə narkotik vasitələrin keçirilməsinə qarşı Dövlət Sərhəd Xidməti orqanlarının fəaliyyətindən, sərhəd pozucularına qarşı aparılan mübarizə yollarından bəhs edib.

Keçirilən tədbirdə narkotik maddələrin fəsadları, insan sağlamlığına və mənəviyyatına vurduğu zərbə, ondan qorunma yolları barədə ətraflı məlumat verilib. Həmçinin, ümumbəşəri bəla olan narkomaniyanın qarşısının alınması istiqamətində gənclərin potensialından istifadənin genişləndirilməsinin vacibliyi vurğulanıb, onların elmə, idmana olan marağının artırılması, mədəni-asudə vaxtının düzgün təşkil olunmasının əhəmiyyəti haqqında danışılıb.

Tədbir zamanı mövzuya dair slaydlar nümayiş olunub.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu