Geri

FHN-in Mülki müdafiə qoşunlarında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən tədbirin əsas məqsədi şəxsi heyətin “ağ ölüm”ə qarşı mübarizə ilə bağlı maarifləndirilməsi olub.

Tədbirdə FHN-in Mülki müdafiə qoşunlarının hərbi qulluqçuları, Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin əməkdaşı polis leytenantı Mehriban Cabbarova, Respublika Narkoloji Dispanserinin həkim-narkoloqu Rövşən Kərimli və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev iştirak ediblər.

Tədbirdə narkotik maddələrin fəsadları, insan sağlamlığına və mənəviyyatına vurduğu zərbə, ondan qorunma yolları barədə ətraflı məlumat verilib. Həmçinin, ümumbəşəri bəla olan narkomaniyanın genişlənməsinin qarşısının alınması istiqamətində gənclərin potensialından səmərəli istifadənin vacibliyi vurğulanıb, onların elmə, idmana olan marağının artırılması, mədəni-asudə vaxtının düzgün təşkil olunmasının əhəmiyyəti haqqında danışılıb.

Tədbirin sonunda narkomaniya və ağ ölümün törətdiyi faciələr barədə “Bir dəfə” adlı videoçarx nümayiş olunub.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu