Geri

FHN-in Aran Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Ağdaş Dövlət Humanitar Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.

Dərsin keçirilməsində məqsəd müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, təhsil müəssisələrində baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Dərsdə Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin əməkdaşları, kollecin müəllim və tələbələri iştirak ediblər.

Tədbirdə Mərkəzin əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına ümumi məlumat verilib, mövzuya aid fotoslaydlar nümayiş etdirilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Astara Rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

Yanğın təhlükəsizliyi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müəssisə və təşkilatlarda silsilə maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN Akademiyasında “Ümummilli lider Heydər Əliyev və təhsilin inkişafı” mövzusuna həsr olunmuş tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Ümummilli lider Heydər Əliyev və təhsilin inkişafı” mövzusuna həsr olunmuş tədbir keçirilib. ...

Ardını oxu