Geri

FHN-lə ADA Universiteti arasında əməkdaşlıq çərçivəsində layihə həyata keçirilib

ADA universitetininin on nəfər tələbəsinin bakalavr dərəcəsi üzrə diplom işlərinin sənaye mentorluğu Fövqəladə Hallar Nazirliyinin Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsi tərəfindən həyata keçirilib. Layihələr Fövqəladə Hallar Nazirliyi ilə ADA universiteti arasında əməkdaşlıq çərçivəsində icra edilib.

Diplom işlərinin sənaye mentoru olaraq Baş idarənin Proqram təminatlarının inkişafı şöbəsinin rəisi mayor Murad Qasımov, təşkilati məsələlər üzrə məsul şəxs kimi həmin şöbənin baş məsləhətçisi Cavid İbrahimli diplom işlərinin ərsəyə gəlməsində tələbələrə öz töhfələrini veriblər. Təyin edilmiş müddət ərzində tələbələrə hərtərəfli dəstək göstərilib, layihələr üzrə zəruri istiqamətlər verilib. Son mərhələdə hazırlanmış cihazlar, proqram təminatları tələbələrlə birlikdə test olunaraq diplom işlərinin tamamlanması həyata keçirilib.

3 may 2023-cü il tarixində ADA Universitetində həmin tələbələrin diplom işlərinin müdafiəsi baş tutub. Diplom işlərinin müdafiəsində iştirak edən FHN əməkdaşları M.Qasımov və C.İbrahimli yekun qiymətləndirmədə öz fikirlərini söyləyiblər.

Daha sonra universitetin professor-müəllim heyəti ilə gələcəkdə belə əməkdaşlığın daha da genişləndirilməsinə dair müzakirələr aparılıb.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Astara Rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

Yanğın təhlükəsizliyi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müəssisə və təşkilatlarda silsilə maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN Akademiyasında “Ümummilli lider Heydər Əliyev və təhsilin inkişafı” mövzusuna həsr olunmuş tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Ümummilli lider Heydər Əliyev və təhsilin inkişafı” mövzusuna həsr olunmuş tədbir keçirilib. ...

Ardını oxu